Sosial şəbəkədə Vətən müharibəsi qazisi Tarıverdiyev Şahmar Şaban oğlunun videogörüntüləri yayılıb. Ağdaş rayonun Ovçulu kəndindən olan qazimizə təcili peşəkar psixoloji və tibbi dəstək lazım olduğu bildirilir.

Belə ki, müharibədə aldığı travmalar nəticəsində onda ağır fəsadlar yaranıb. Ailənin bildirdiyinə görə, gün ərzində 2-3 saat bu vəziyyət olur, dərmanları qəbul etdikdən sonra müəyyən qədər sakitləşir. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən kənd nümayəndəsinin müavini Nicat Məmmədov açıqlamasında bildirib ki, qazi Tarıverdiyev Şahmar paytaxt Bakıya göndərilib.

Onun bildirdiyinə görə, qazi bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.  

Gülayə Mecid