Bakıda 14 yaşlı yeniyetmə intihar edib.

Unikal.org  xəbər verir ki, Muradxan adlı yeniyetmə Nizami rayonu ərazisində, Xəzər Universitetinin yaxınlığında özünü 14-cü mərtəbədən atıb.  O hadisə yerində keçinib.

Valideynlərinin əslən Füzuli rayonundan olduğu bildirilir.

Hadisə ilə bağlı polis araşdırma aparır. Xəbərə görə Muradxan intihardan əvvəl bu əməli ilə bağlı məktub yazıb.