Nigeriyada silahlı quldur dəstəsi avtobusdan 15 sərnişini qaçırıb.

Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Katsina ştatında baş verib.

Şahidlərin dediyinə görə, təxminən, 20 quldur Safana ərazisində Tsakskiya-Ummadau marşrutu ilə hərəkət edən avtobusa hücum edib. Avtobusda Cibia şəhərindəki bazardan evlərinə qayıdan sərnişinlər olub.

Polisin sözçüsü Qambo İsa qaçırma faktını təsdiqləyib.