Bakıda məşhur prospektin adı dəyişdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə,  Nobel prospektinin adı dəyişdirilərək bu gündən “8 noyabr” prospekti adlandırılıb. 

Qeyd edək ki, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib. Çox güman ki, Nobel prospektinin 8 noyabr prospekti adlandırılması haqqında qərar ölkə başçısının təşəbbüsü ilə açılış zamanı verilib. Bəzi məlumatlara görə gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.

Famil Fərhadoğlu