Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri (ATMU) və Yelo Bank əməkdaşlarının iştirakı ilə  keçirilən görüş faydalı  olub.

Unikal.org xəbər verir ki, “Yeloya xoş gəlmisiniz”adlı onlayn görüşdə bankın məsul əməkdaşları ATMU tələbələrinə bank xidmətləri, rebrendinqi və transformasiya, Yelo Bankın dəyərləri, Yelo Statistikası,  vakansiyalar, tələbələrin uyğun inkişafını hədəfləyən “Yelo Walk Mentorluq” layihəsi, “Yelo Challenge 2021” təcrübə proqramı və s. haqqında ətraflı məlumat veriblər. 

Universitet tələbələri ilə görüş  Raffle lotareyasının (Hədiyyələrin oynanılması) oynanılması ilə yekunlaşıb. Azərbaycan Turizm və Menecment Universitetinin 3 nəfər tələbəsi Yelo Bankdan xüsusi hədiyyələr qazanıblar.