Avstriyanın paytaxtı Vyanada koronavirus  əleyhinə  etiraz aksiyası  keçirilib.  

Unikal.org xəbər verir ki,  aksiya zamanı  polislə vətəndaşlar arasında  qarşıdurma yaranıb.  Belə ki, vyananılar   "Peyvənd soyqırımını dayandırın", "(Baş nazir Sebastian) Kurz getməlidir" plakatları ilə etirazlarını  bildiriblər. 

Nümayişçilər daha sonra şəhərin ən vacib dairəvi yolunu bağlayaraq yürüş ediblər.

Etiraz səbəbiylə şəhərin bəzi yerlərində nəqliyyat ciddi şəkildə pozulub, bir qrup müxalif nümayişçi pandemiyanı bəhanə edərək nümayiş keçirən ifrat sağçı və irqçi qruplara etiraz edib.