Azərbaycanın Milli Qəhrəmanı, şəhid Naiq Yusifovun anası vəfat edib.

Unikal.org xəbər verir ki, Xədicə Yusifova koronavirusdan dünyasını dəyişib. 

Qeyd edək ki, N.Yusifov 24 mart 1992-ci ildə  Tovuz rayonu uğrunda döyüşlərdə  yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açıb. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxıb. O, son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edib.