Sevilən müğənni  Röya Ayxan "ATV maqazin onlarla"  verilişinə qonaq olub.  

Unikal.org xəbər verir ki, sənətçi proqram boyunca  bir sıra açıqlamalar edib.  Belə ki,  Xalq artisti Röya Ayxan müğənni Natavan Həbibi ilə küslülüklərindən danışıb.  

"Çox çılğındır, hələ də böyüməyib. Yaşca məndən böyükdür, amma ürəyi çox balacadır. Allah onun ürəyinə sevgi, mərhəmət gətirsin. Bu küsməkləri yığışdırsın. Ömrüboyu küsdü. Belə həyatla hara gedib çıxacaq? Gözəl həyatı, sağlam övladı var, bunu yaşamağa dəyər. Əgər problemimiz varsa, çözək, başqalarında axtarmayaq".