Böyük Britaniyada son sutka ərzində 1730 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 369 775 nəfərə çatıb.

Ötən 24 saatda daha 7 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 127 087 nəfərdir.