Sudanın paytaxtı Xartumda prezident sarayının qarşısında yüzlərlə insanın iştirakı ilə aksiya keçirilib.

Unikal.org xəbər verir ki, aksiyaçılar ölkədə ağır həyat şəraitinə etiraz ediblər. Təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, artıq 2 aydır ki, Sudanın müxtəlif şəhərlərində ağır sosial vəziyyətdən dolayı etiraz aksiyaları keçirilir.