Dünya alimləri alzheimerdan sonra ən çox rast gəlinən parkinson (əllərin titrəməsi, hərəkətin ləngiməsi)  xəstəliyi ilə bağlı bəzi açıqlamalar veriblər.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, onların sözlərinə görə, hər il bu xəstələrin sayı dayanmadan artır. Hazırda dünyada 10 milyon insan parkinsondan əziyyət çəkir. Proqnozlara əsasən, bu rəqəm 2030-cu ildə 30 milyona qədər yüksələcək.

Xəstəlik inkişaf dinamikasına görə alzheimerdan sonra ikinci pillədə dayanır. Parkinson simptomlarının ortaya çıxması 20 il əvvəl başlayır.

Ümumiyyətlə, insanlarda hərəkət pozğunluğu, beyin hüceyrələrinin bir-biri ilə əlaqə qurmasına şərait yaradan dopamin (insan bədəninda təbii yaranan kimyəvi maddədir) adlı maddəni istehsal edən bölgənin təcrid olunması ilə yaranır. Dopamin beyindəki hərəkətlərin idarə edilməsinə cavabdehdir. Bu hüceyrələrin 70-80%-i zədələndikdə ya da təcrid olunduqda xəstəliyin simptomları ortaya çıxır.