Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçirilib.

Unikal.org  xəbər verir ki, derbi matçında çempionluğa iddialı olan “Tottenhem” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.

“Tottenhem Xotspur” stadionunda təşkil olunan görüş “Mançester Yunayted”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran Mançester təmsilçisi turnir cədvəlində ikinci, “Tottenhem” isə 49 xalla yeddinci yerdə qərarlaşıb.