Türkiyədə son sutkada 50 678 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 3 849 011 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 237 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 33 939 nəfərdir.

Hazırda ölkə üzrə 483 661 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 2824 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 331 411 nəfər (son sutkada 30 194 nəfər) müalicə olunaraq sağalıb.