Futbol üzrə İspaniya La Liqasında 30-cu turun mərkəzi qarşılaşması keçirilib.

Unikal.org xəbər verir ki, İspaniya çempionatının derbi matçında əzəli rəqiblər “Barselona” və “Real Madrid” klubları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən matç Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 13-cü dəqiqədə Kərim Benzema açıb. Toni Kross cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasında fərqi artırıb. İkinci hissədə “Barselona” qollardan birinin əvəzini çıxıb. Oyunun 60-cı dəqiqəsində Oskar Minqueza adını tabloya yazdırıb.

Qeyd edək ki, 30 turdan sonra 66 xala sahib olan “Real Madrid” turnir cədvəlində birinci pillədə qərarlaşıb, “Barselona” isə 65 xalla üçüncü sırada yer alıb.