Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “VAZ 2107” markalı minik maşını toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Əhmədova Felya Mustafa qızı, 1993-cü il təvəllüdlü Əhmədov Arzuman Nəsib oğlu və 1992-ci il təvəllüdlü Novruzov Orxan Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.