ABŞ-ın Missuri ştatının cənub hissəsindəki mağazada şənbə günü baş verən atışma nəticəsində azı bir nəfər öldürülüb, daha üç nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə polisin nümayəndələrinə istinadən “Fox News” telekanalı bildirib.

Asayiş keşikçiləri güman edirlər ki, atəşi yerli sakin açıb. Onun şəxsiyyəti açıqlanmır. Cinayətkar atəş üçün tapançadan istifadə edib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hakimiyyət güman edir ki, şübhəli şəxs atəş açdığı şəxslərlə tanışdır. Hadisəni törədən şəxs saxlanılıb.