Türk Şurasının təmsilçiləri sabah Ağdama səfər edəcəklər.

Unikal.org xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, oradakı reallıqları qardaş türk ölkələrinin nümayəndələri də görməlidir:

“Bizim niyyətimiz sahib olduğumuz bu mədəniyyətin dünyaya çatdırılması, dünya ölkələri ilə xoşməramlı münasibətlərin qurulması, həmçinin, dövlət başçılarımız tərəfindən aparılan bu siyasətə lazımi informasiya dəstəyi verməkdir ki, əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmış olsun”.