Ermənistan parlamentinin əməkdaşı Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyevi təhdid edib.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabında məlumat verib:

"Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edir.

Ermənistanın uzun illərdir yaratdığı #Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür. "