Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 506 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 287 689, xəstəlikdən ölənlərin sayı isə 3 869 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 276 711 nəfərin sağaldığı bildirilir.