Türkiyəli aktrisa Esra Dermancıoğlu açıqlaması ilə müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, o, həyat yoldaşının xəyanətinə uğradığını və bunu heç vaxt problem etmədiyini etiraf edib:

“Biz birlikdə istirahətə yollanmaq istəyirdik. O gecə ona “mənə xəyanət edirsən” sualını verdim. Cavabı isə “hə” oldu. Daha sonra xeyli söhbət etdik və boşandıq. Hazırda münasibətlərimiz yaxşıdır. Qızımın atası yaxşı insandır, amma məndən bezib ki, belə bir addım atıb. Həyat yoldaşımın xəyanəti mənim üçün problem deyil. Bunu ədalət sistemi ilə bağlamıram. Bir kişi və yaxud qadının bir-birini aldatmasını əsla ədalət sistemi ilə əlaqələndirmirəm”.