İran sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlayır. Sabahdan etibarən İranda həyati və zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanılır.

Unikal.org xəbər verir ki , bu barədə İranda Koronavirusa Qarşı Mübarizə Mərkəzinin mətbuat katibi Əlirza Rəisi açıqlama verib.

O bildirib ki, koronavirusun dördüncü dalğasının daha geniş yayılmasının qarşısını almaq üçün sabahdan ölkədə zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlanacaq.

Əlavə edilib ki, bu rejim 10 gün davam edəcək.