Türkiyənin İzmir şəhərinin Foca rayonunun Mersinaki məntəqəsində KT-1 tipli hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, məlumatı Türkiyəni Milli Müdafiə Nazirliyi yayıb.

Təyyarədəki iki pilot sağ xilas olub.

Hadisənin səbəbi araşdırılır.