İtaliyanın Ankaradakı səfiri Massimo Qayani ölkəsinin Baş naziri Mario Draqinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı sözlərindən sonra Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində İtlaiya hökumətinin rəhbərinin sözlərini kəskin qınayıb:

"Seçkilər nəticəsində hakimiyyətə gələn prezidentimizlə bağlı İtaliyanın baş naziri Mario Draqinin qəbuledilməz ifadələrini qətiyyətlə pisləyirik və rədd edirik".