"Pandemiya dövründə idmançılarda ruh düşkünlüyü yaranır".

Bunu Unikal.org-a açıqlamasında Kunqfu üzrə dünya və Avropa çempionu, qadınlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanlı  deyib. 

"İdmançılarımızın durumu yaxşı deyil. Pandemiya dövründə qapalı məkanda idman etmək qadağandır. Biz də bu vaxt ərzində zallarımızı təmirə  bağlamışıq. Düzdür hələ ki, beynəlxalq federasiya tərəfindən də yarışlarla bağlı məlumat daxil olmayıb. Buna görə də ciddi təlim-məşq toplanışları yoxdur. Bəzi məşqçilərimiz parklarda, açıq havada məşqləri bərpa etməyə başlayıb. Ancaq onu deyim ki, 90 faiz  idmançılarımız yarışlara hazır deyil.  Məşqsiz qalan hər bir federasiyada idmançıların durumu necədirsə, bizdə də o vəziyyətdir. Onlarda ruh düşkünlüyü yaranıb. Federasiya olaraq narahatıq ki, sonrakı dönüş çətin olsun. Ümumilikdə 50-yə yaxın qadın kunqfuçumuz var ki, onlardan 15-i millinin tərkibindədir.

İdmançılar, məşqçi heyəti və federasiya rəhbərliyi nazirliyə zalların açılması ilə əlaqədar kifayət qədər müraciət edib. Ancaq Gənclər və İdman Nazirliyindən bildirilib ki, onlar bununla bağlı Operativ Qərargaha müraciət ediblər. Ancaq düşünürəm ki, nazirliyin Operativ Qərargaha təqdim etdiyi təklif planları o qədər məntiqli və tutarlı olmur. Buna görə də OQ nazirliyin təqdim etdiyi təklifləri rədd edir. O da əgər nazirlik müraciət edibsə. Görünən tərəf odur ki, Gənclər və İdman Nazirliyi zalların açılmasında bir o qədər maralı deyil"-deyə dünya çempionu deyd edib.  

Aygün İlqarqızı