Ukrayna Prezidenti Vladimir Zelenski Donbasa gedib.

Unikal.org  xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, Zelenski cəbhə bölgəsində mövqeləri ziyarət edəcək. O, düşmən atəşi nəticəsində Ukrayna hərbçilərinin öldürüldüyü və yaralandığı ön mövqelərə baş çəkəcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.