Rusiyada son sutka ərzində koronavirusa 8672 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 614 834 nəfərə çatıb.

Rusiyada son bir gündə 365 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 101 845 nəfərdir. İndiyədək 4 239 038 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.