Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 133 milyon 698 min 881 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 901 min 132 nəfərdir. İndiyədək 107 milyon 828 min 880 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 517 585 nəfər koronavirusa yoluxub, 9264 nəfər isə dünyasını dəyişib.