Ukrayna Nazirlər Kabineti "Krım-Tatar dilinin inkişafı strategiyası"nı qəbul edib.

Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın rəsmi xəbər agentliyi "Ukrinform" məlumat yayıb.

Qərara görə, Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya Nazirliyi, Krım Tatar Milli Məclisi və Milli Elmlər Akademiyası avqust ayına qədər 2022-2032-ci illər üçün Krım-Tatar dilinin inkişaf strategiyasını formalaşdıracaq.

İclasda Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya Naziri Oleksiy Reznikov konsepsiyanın kritik vəziyyətdə olan Krım-Tatar dilinin inkişafı üçün vacib olduğunu bildirib.

Ukraynanın Baş naziri Denis Şmıqal Krım-Tatar dilinin inkişafının Krımı Qurtarma Strategiyasının vacib bir hissəsi olduğunu söyləyib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba 12 martda "Krımın Qurtuluş və Yenidənqurma Strategiyasını" qəbul etdiklərini açıqlayıb.