Ağdaşlı seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan millət vəkili Cavid Osmanov növbəti vətəndaş qəbulu keçirib.

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasında  keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib. Qəbulda olan seçicilərin müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib, vətəndaşlara müvafiq izahat verilib. Millət vəkili səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. 

Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın  gördükləri işlər barədə məlumatlar verib, onlara ölkədə aparılan vaksinasiya proseesində yaxından iştirak etmələri tövsiyə olunub.

Qəbulda iştirak edən Ağdaş sakinləri görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.