Xalq artisti Azər Zeynalov əməliyyat olunub.

Unikal.org "Ölkə.az"a istinadən xəbər verir ki, səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib.

A.Zeynalovun ailəsindən bildirilib ki, o, hazırda danışa bilmir: "Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarına stent qoydular. Sonradan məsləhət olundu ki, üç ay sonra əməliyyat edilsin. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirdi" .