Türkiyənin Muş vilayətində 4,2 bal gücündə zəlzələ olub.

Unikal.org-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 11:47-də Korkut rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 11,15 km dərinlikdə yerləşib.