Gürcüstanda 3,2 maqnitudalı zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 13:02-də qeydə alınıb. Zəlzələnin episentri Oni şəhəri yaxınlığında olub.