Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müdafiə qurumlarının rəhbərləri  Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin tənzimlənməsini, eləcə də qarşılıqlı maraqları əks etdirən digər məsələləri müzakirə ediblər.

Seymur Əli