Süveyş kanalının cənubunda, təxminən “Ever Given”in ilişdiyi yerdə növbəti gəmi saya oturub.

Unikal.org xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, tanker demək olar ki, kanalı qapadıb. Hələlik insidentlə bağlı digər detallar barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan öncə “Ever Given” gəmisi oxşar situasiya yaşamış, nəticədə bir neçə gün Suveyş kanalında hərəkət dayanmışdı.