Gürcüstan prezidenti Salome Zurabişvili özünütəcrid rejimi tətbiq edib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat verib.

Bildirilib ki, S.Zurabişvili birinci doza vaksin olunsa da, riskləri və yoluxma ehtimallarını nəzərə alaraq özünütəcridə başlayıb. Gürcüstan prezidenti bir müddət öncə "AstraZeneca" vaksini vurdurub.

Qeyd edək ki, bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin koronavirus testi pozitiv çıxmışdı.