"Real"ın futbolçusu Rafael Varan UEFA Çempionlar Liqasının 1/4 finalında bu gecə baş tutacaq oyunu buraxacaq.

Unikal.org xəbər verir ki, buna səbəb 27 yaşlı müdafiəçinin koronavirusa yoluxmasıdır. COVID-19 testi müsbət nəticələnən Varan karantinə alınıb. 

O, bu gün baş tutacaq "Liverpul"la oyunda və "El Klassiko"da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Real" bu gün Bakı vaxtı ilə saat 23:00-da "Liverpul"la qarşılaşacaq.