"Rusiyalıların təhlükəsizliyi Putin üçün prioritetdir".

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov söyləyib.

"Rusiya vətəndaşlarının taleyi və təhlükəsizliyi birmənalı şəkildə Rusiya dövləti və onun lideri Vladimir Putin üçün prioriet məsələ təşkil edir. O cümlədən Donbasdakı rusiyalılar", - deyə Peskov bəyan edib.