"Ukrayna Donbasla bağlı bütün razılaşmaları pozur".

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov hindistanlı həmkarı ilə birgə mətbuat konfransında söyləyib.

"Rəsmi Kiyev Donbasla bağlı bütün anlaşmaları pozur. Minsk razılaşması da pozulur. Amma Qərb Ukraynanı dəstəkləməyə davam edir", - deyə Lavrov bəyan edib.