Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, iki "Vaz 2106" markalı maşın toqquşub.

Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb.  Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.