“Bura Pənahəli sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan burda özü üçün saray tikdirib. İndi görün ermənilər nə günə salıblar bu sarayı?"

Unikal.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Şuşada səfərdə olarkən Pənahəli xanın sarayının qalıqları olan ərazidə danışarkən qeyd edib.

"Mənfur düşmən gəlib, bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələri dağıdıb, söküb, vandallıq, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər.

Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan qüvvələr gəlsinlər, görsünlər, ermənilər burda nə edib. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində belə, buna oxşar vəhşilik, bəlkə də, olmayıb”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Səfərlə bağlı videonu Birinci vitse-prezident Mehriban Əliyeva özünün rəsmi İnstaqram səhifəsində paylaşıb.