Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklə bağlı sənəd imzalayıb.

Unikal.org xəbər verir ki, sənədlə ölkədə aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilib.

Beləliklə, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına 30 manat, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının  1000 ədədinə 12,9 manat vergi tətbiq olunacaq.