Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovanın karantin qaydalarının pozması ilə əlaqədar görüntüləri yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlama verib:

"Həmin görüntülər araşdırılır. Nəticədən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək".

Seymur Əli

***

10:51

Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşova arasında illərdir davam edən küsülülük bitib.

Unikal.org  xəbər verir ki, Dadaşova ailəsi ilə birlikdə Kazımovanın çıxış etdiyi məkana yollanıb. Xalq artistləri məclisdə sosial məsafəni gözləmədikləri üçün karantin qaydalarını pozublar. 

Həmin görüntüləri stilist Samiraldo lentə alıb.