Goranboyda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

"VAZ 21011" markalı avtomaşın motosikletlə toqquşub. Qəza nəticəsində ağır xəsarət alan motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü rayon sakini Muxtar Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)