Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını digər minik maşını ilə toqquşub. Qəzadan sonra avtomobillərdən biri yol kənarında dayanan piyadaya dəyib. Hadisə nəticəsində avtomobillərdən birinin sərnişini, rayonun Köçüəsgər kənd sakini, 1994-cü il təvəllüdlü Ayxan Məmmədli və yol kənarındakı piyada Həsənsu kənd sakini, 1968-ci il təvəllüdlü Nurəddin Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (apa)