“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlamalar verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan öncə 21 oyunluq qalibiyyət seriyasına imza atan komandanın çalışdırıcısı məğlubiyyətin əhəmiyyətini vurğulayıb.

“21 dəfə ardıcıl qələbənin çətinliyini anlamaq üçün uduzmaq lazımdır”, - deyə Qvardiola bəyan edib.

O, həmçinin Serxio Aqueronun meydandan kənarda qalmasına da münasibət bildirib.

“Bəlkə də bu səhv qərar idi. Mən bilmirəm. Heç kim bilmir”, - deyə Pep qeyd edib.