Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki,  "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Neftçi" liderliyini möhkəmlədib. "Keşlə" isə 16 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Sumqayıt"la qollu heç-heçə edib - 1:1. Tura sabah oynanılacaq "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.