Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatlarının fəalları və Gənclər Birliyinin üzvləri 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Vətən müharibəsində rayonun 31 şəhid və 1 itkin düşmüş əsgərin ailəsini ziyarət ediblər.

Unikal.org xəbər verir ki, ziyarət zamanı bu ailələrin xanım üzvləri təbrik edilib, onların hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqları, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağı, daima uca tutulacağı və gələcək nəsillərə örnək göstəriləcəyi qeyd  olunub. Şəhid ailələrinin üzvləri də öz növbələrində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.