Rusiyanın Tula şəhəri ərazisində baş verən yanğın zamanı mühafizə olunmayan dayanacaqda park edilmiş 13 avtomobil yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya DİN regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbləri müəyyənləşdirilir.

“Yanğında beş “Iveco” sərnişin mikroavtobusu, iki “Ford Transit” sərnişin mikroavtobusu, “Volkswagen Multivan” sərnişin mikroavtobusu, “UAZ-3309”, “UAZ-Patriot”, “Nissan Pathfinder”, “Opel Zafira” və “Ford Galaxy” avtomobilləri yanıb. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan və ölən olmayıb”, - deyə, məlumatda bildirilir.