Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və həyat yoldaşı Əsma Əsəd koronavirusa yoluxublar.

Unikal.org RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bəşşar Əsədin ofisnin instaqram səhifəsində bildirilib.

Məlumata görə, Bəşşar Əsəd və həyat yoldaşının səhhəti normaldır. Rejim başçısı məsafədən idarəetmə formatında fəaliyyət göstərir.