Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.

Əlavə edilib ki, aksiyaya cəhd zamanı saxlanılan olmayıb.

***

15:49

Bu gün günorta saatlarında Bakının Nizami küçəsində bir qrup feminist qadın tərəfindən aksiya keçirməyə cəhd olunub.

Unikal.org xəbər verir ki, "Tarqovı"ya toplaşan iştirakçılar qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyiblər. 

Polis icazəsiz aksiyanın qarşısını alıb.